1 Sentyabr 2025 / 12:20

Ukrayna kəşfiyyatçıları Krımda Rusiyanın 2 helikopterini və bir gəmisini məhv etdi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi müvəqqəti işğal olunmuş Krımda Rusiyaya məxsus iki “Mi-8” helikopterini və bir yedək gəmisini məhv edib. Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadla bildirir ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, xüsusi əməliyyat avqustun 30-da baş tutub. Kəşfiyyat xidməti qeyd edir ki, həmin helikopterlərin təxmini dəyəri 20-30 milyon dollar arasındadır. Sitat: “Sevastopol körfəzində, ehtimal ki, BUK-2190 olan Moskva yedək gəmisi də məyusedici sonluqla üzləşdi – yarımadada işğalçılara qarşı hava hücumu zamanı Ukrayna kəşfiyyatçıları gəmiyə müvafiq döyüş başlığı göndərdilər. Müvəqqəti olaraq işğal olunmuş Krımın demilitarizasiyası davam edir!”.

Rusiya Müdafiə Nazirliyi faktı təkzib etməyib, amma bu dəqiqələrdə Ukrayna üzərinə raket hucumuna hazırlaşdığı bildirilir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!