Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Ukrayna Xarici İşlər Nazirliyi Budapeştin Rusiya ilə münaqişədə Kiyevə dəstək vermək istəməməsi ilə bağlı mövqeyindən məyusdur.
Tezadlar.az bildirir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.
“Ukrayna xarici işlər nazirinin məyusluğunu başa düşürəm: onlar hələ də bizi öz müharibələrinə sürükləyə bilməyiblər və onun bəyanatları nə qədər təxribat xarakterli olsa da, gələcəkdə uğur qazana bilməyəcəklər”, – deyə Siyarto yazıb.
O, Macarıstanın hər zaman öz vətəndaşlarının mənafeyindən çıxış edəcəyini bir daha vurğulayıb.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Siyarto və Budapeşti ikiüzlülükdə və Ukraynaya qarşı hərəkətlərdə ittiham edib. Buna səbəb Kiyevin Macarıstanın casusluğu ilə bağlı açıqlaması və Budapeştin Vladimir Zelenskinin ağlını itirməyə başladığı barədə cavabı olub.
E.ŞİRİNOV