23 Avqust 2025 / 13:36

Ukrayna mediası: Kelloq avqustun 24-də Kiyevə gələcək

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 24-də Ukraynaya gələcək.

Tezadlar.az xəbər verir ki, bu barədə bir sıra yerli KİV mənbələrə istinadən məlumat yayıb.

“Obshchestvennoye” nəşrinin məlumatına görə, Kelloq iki gün – avqustun 24 və 25-də Ukraynada olacaq və ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.

Bu, Kelloqun bu yay Ukraynaya ikinci səfəri olacaq. O, sonuncu dəfə iyulun 14-də Ukraynada olub.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!