Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rəsmi Moskvanın etiraflarına görə, Ukrayna dronları artıq Moskvanın başı üzərində də dolaşır. Və Ukrayna hazırda gündəlik 500–800 ədəd dron istehsalına başlamağı və döyüş aviaparkını 250 yeni döyüş təyyarəsi ilə gücləndirməyi planlaşdırır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski media brifinqində deyib. Sitat: “Ölkə ilin sonunadək bütün əsas müqavilələri imzalayaraq gündəlik 500–800 ədəd dron istehsalına başlamağı planlaşdırır”.
Zelenski Ukraynanın döyüş aviaparkını 250 yeni döyüş təyyarəsi ilə gücləndirmək niyyətində olduğunu da deyib. Belə ki, ABŞ, İsveç və Fransaya F-16, “Rafale” və “Qripen” təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparılıb. Ukrayna artıq İsveç ilə 150 yeni tam silahlanmış təyyarənin istehsalının ölkə ərazisində lokalizasiyası üzrə müqaviləni imzalamaq üzrə razılığa gəlib.
Beləliklə, Rusiya gücü hərbi silahlanmaya, Ukrayna isə özünü təcüvüzdən qorumağa səfərbər edib.
A.Məmmədli