Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gün Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk özünün teleqram kanalında paylaşım edibb. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyseriböyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb.
Xatırladaq ki, daha öncə 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalıb. “Ria Novosti” adı çəkilən gəminin üç üzvünün öldüyünü açıqlamışdır. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırıblar.