13 Sentyabr 2025 / 08:09

Ukrayna ordusu rusların Sumıya hücumunu dəf etdi

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sumıya qarşı hücum əməliyyatını tamamilə puça çıxarıb. Ruslar böyük itki verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenski deyib ki,  Ali Baş Komandanın qərargahında çox əhatəli iclas keçirib və hava hücumundan müdafiə sistemləri və onlara raketlərin tədarükü, Ukrayna ordusunun ehtiyacları və mövcud müdafiə resursları burada geniş müzakirə olunub. Sitat: “Dostkarımızla işin daha da aktivləşdirilməsi, sistemlərin daha operativ şəkildə çatdırılması və bununla da kritik infrastrukturun daha etibarlı müdafiəsi üçün konkret tapşırıqlar verdim. Hərbçilər, məmurlar, diplomatlar, yəni hamının öz məsuliyyət payı var… Bizim hazırda dronların istehsalında yaxşı nəticələrimiz əldə olunub. Yaşasın Ukrayna!”.

Müharibə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!