29 Sentyabr 2025 / 12:03

Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya verə bilər

Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində ərazisinin bir hissəsini vermək məcburiyyətində qalacaq.

Tezadlar.az telex-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar deyib.

“İndi Ukrayna öz ərazisinin beşdə birini verməli olacaq”, – o deyib.

Macarıstan XİN rəhbərinin müavininin sözlərinə görə, Kiyev ölkənin həyat qabiliyyətini qorumaq və ya bir neçə min kvadratkilometr ərazini saxlamaq arasında seçim etməli olacaq.

Madyar vurğulayıb ki, sülh yolu ilə həll bəzən ağrılı ola bilər.

Bundan əvvəl avropalı diplomatların Macarıstanın baş naziri Viktor Orbanı təcrid etmək istəməsi barədə məlumat yayılmışdı. Bu niyyətin Macarıstanın baş nazirinin AB-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım üçün istifadə etmək planına müqavimət göstərməsi səbəbindən yarandığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!