28 Oktyabr 2025 / 10:24

Ukrayna pul köçürmələrinə nəzarət gücləndirilib

Polşa Ukrayna pul köçürmələrinə nəzarəti gücləndirib.

Tezadlar.az bildirir ki, bu barədə Strana.ua “In Poland” nəşrinə istinadən məlumat verib.

Qeyd olunur ki, vergi xidməti hətta təyinatı göstərilməyən kiçik əməliyyatları belə yoxlamağa başlayıb.

Nəşrin məlumatına görə, vəsait müntəzəm olaraq və izahat verilmədən alınırsa, bu, gizli gəlir hesab edilə bilər. Məqalədə deyilir ki, belə hallarda hesab 72 saata qədər, bəzi hallarda isə üç aya qədər bloklana bilər.

Sentyabrın sonunda Polşa prezidenti Karol Navrotskinin ukraynalılar üçün xüsusi yardım haqqında qanunu sonuncu dəfə imzaladığı elan edildi. Bunun “Ukrayna turizminin sonuna” səbəb olacağı gözlənilir. Xüsusilə, yeni qanunda Polşada işləməyən Ukrayna vətəndaşları üçün əlçatmaz olacaq güzəştlər müəyyən edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!