Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qara dəniz Baltikyanı kimi “NATO dənizi”nə çevrilməlidir, lakin hələlik alyans bununla bağlı dəqiq strategiya hazırlamayıb.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu çağırışı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba edib.
Diplomatın sözlərinə görə, Rusiya, əksinə, həmişə oxşar strategiyaya malik olub və bu, onun bu regionda güclənməsinə səbəb olub.
“Biz Qara dənizin demilitarizasiyasına çağırırıq ki, sülhsevər, qanuna tabe olan ölkələr ondan ticarət və səyahət üçün istifadə edə bilsin”, – deyə Kuleba bildirib.
Nazir Qara dəniz regionunun demilitarizasiyası ilə bağlı çağırışların və onu hərbi blokun nəzarəti altına almaq istəyinin necə əlaqəli olduğunu izah etməyib.
Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Qara dənizlə bağlı Amerika strategiyasının hazırlandığını açıqlamışdı. O, təkcə təhlükəsizlik məsələləri ilə deyil, həm də iqtisadi əməkdaşlıqla məşğul olacaq.
E.ŞİRİNOV