6 Fevral 2026 / 06:38

Ukrayna Radasından gələn şok bir fikir Avropada tənqid olunub

İrlandiyalı jurnalist Çey Bouz Ukrayna Ali Radasının rəhbərliyini sərt tənqid edib.

Tezadlar.az xəbər verir ki, sosial media saytında onun çaşqınlığına səbəb olan mövzu Ali Radanın evlilik yaşının azaldılmasını təklif edən yeni təşəbbüsü olub.

Göstərildiyi kimi, bu ideya qanunvericilik yolu ilə qızla evlənmək üçün minimum yaşın 16-dan 14-ə endirilməsini nəzərdə tutur. Bouz öz paylaşımında bu təşəbbüsün müəlliflərini “çox xəstə və təhlükəli insanlar” adlandırıb.

Bu həftə məlum olub ki, Ukraynada qızla evlənmək üçün minimum yaşın azaldılması tətbiq oluna bilər, lakin bu ehtimalla bağlı qərar yalnız məhkəmələr tərəfindən veriləcək.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!