Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ordusunun son vaxtlar Ukraynanın mülki əhali yaşayan şəhərlərini raket zərbələri ilə vurması ABŞ prezidenti Trampı da ciddi narahat etməkdədir. Ukrayna Prezidenti Volodimir Zelenski məcbur olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski özünün “X” hesabında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukla görüşü haqqında məlumat verib. Sitat: “Mən Təhlükəsizlik Xidmətinin cəngavərlərinə minnətdaram. Biz ictimai olaraq detalları bölüşmürük, amma düşmən bizim hərəkətlərimizin nəticələrəini hiss edir. Mən bir neçə əməliyyatın keçirilməsinə də razılıq verdim. İlin ilk yarısında Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya havadan müdafiə sistemlərini sıradan çıxarmaqda göstərdiyi nəticə xüsusi olaraq diqqətəlayiqdir”.
Ukraynanın müstəqil blogerləri isə yazır ki, Zelenski bu əməliyyatlar barədə ABŞ prezidenti Trampdan razılıq da alıb.
Bəs Rusiyanı və paytaxt Moskvanı nə gözləyir? Ehtimal edilir ki, Ukrayna dronları Rusiyanın bir ərazisinə hücum edərək, diqqəti yayındıracaq, əsas hədəf kimi isə Moskvanı vuracaq…
A.Məmmədli