28 Avqust 2025 / 19:37

Ukrayna XİN ABŞ və Avropa ölkələrini Kiyevi uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi avropalı tərəfdaşlarını və ABŞ-ı dərhal Kiyevə uzaqmənzilli raketlər və hərbi maliyyələşdirmə üçün daha çox pul verməyə çağırıb.

“Biz tərəfdaşlarımızı Ukrayna səmasını qorumaq üçün dərhal Ukraynaya əlavə hava hücumundan müdafiə qüvvələri, uzaq mənzilli silahlar və əlavə hərbi yardım paketləri verməyə çağırırıq”, – Tezadlar.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin Facebook-da yeralan bəyanatında deyilir.

Ukrayna hakimiyyəti dəfələrlə Qərbdən onlara uzaqmənzilli silahlara çıxış imkanı verməsini xahiş edib. Avqustun 24-də “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazıb ki, yazın sonundan ABŞ Kiyevə Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Amerikanın ATACMS taktiki raketlərindən istifadə etməyə icazə verməyib. Bundan əlavə, bu qadağa Avropa ölkələrinin təqdim etdiyi silahlara da aiddir; xüsusən də məhdudiyyətlər Britaniyanın “Storm Shadow” raketlərinə şamil edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!