Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 10:37

Ukrayna xüsusi xidmət orqanlarının şəriki Sankt-Peterburqda saxlanılıb

Qadın terror aktları törətmək üçün Rusiya hərbçiləri haqqında məlumat toplayıb

Sankt-Peterburqda Ukrayna xüsusi xidmət orqanlarının 48 yaşlı şəriki saxlanılıb. O, Rusiya hərbçilərinə qarşı terror aktları törətmək üçün məlumat toplayırdı.

Tezadlar.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Qanun pozucusu hərbçilərin yaşayış yerlərini müəyyənləşdirməyə və onların nəqliyyat vasitələri ilə bağlı məlumatları öyrənməyə çalışıb.

“Saxlanılan şəxsin Ukraynada yerləşən terrorçu koordinatorları ilə WhatsApp yazışmalarının olduğu rabitə vasitələri götürülüb”, – idarədən aydınlıq gətirilib.

Faktla bağlı “Terror aktının törədilməsinə köməklik göstərmə” maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs artıq həbs edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!