Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın yalnız gələn ilin birinci rübünün sonuna qədər yaşamaq üçün kifayət qədər vəsaiti var.
Tezadlar.az xəbər verir ki, bu barədə sentyabrın 21-də İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
“Kiyevin yalnız 2026-cı ilin birinci rübünün sonuna qədər kifayət qədər vəsaiti var”, – nəşr qeyd edib.
Nəşrin yazdığına görə, apreldən sonra Ukraynanın “ayaqda qalmağa” vəsaiti olmayacaq.
Nəşr vurğulayır ki, Ukraynanın maliyyə çətinlikləri səbəbindən Avropa İttifaqı yenidən Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Kiyevə 140 milyard avro ayrılması ilə bağlı müzakirələrə başlayıb.
Bundan əvvəl, oktyabrın 17-də “Bloomberg” agentliyi məlumat vermişdi ki, Beynəlxalq Valyuta Fondu Ukrayna hakimiyyətindən Ukraynanın maliyyə vəziyyətini gücləndirmək üçün qrivnanın devalvasiyasını tələb edir. Lakin ölkənin Milli Bankı bu tələbin əleyhinədir.
E.ŞİRİNOV