16 İyul 2025 / 13:02

Ukraynada baş nazir yola salındı və…

Bu gün Ukrayna Ali Radası Baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ali Radanın iyulun 16-da keçirilən iclasında bununla bağlı Prezident Volodimir Zelenskinin təqdimatı səsə qoyulub və qəbul edilib.

Qeyd edək ki, onun yerinə hazırkı iqtisadiyyat naziri Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!