16 Mart 2023 / 07:50

UKRAYNADA HƏYƏCAN SİQNALI: MİQ-LƏR BELORUSDAN HAVAYA QALXDI

Bu gün səhər saat 9:05-də Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Rusiyanın MiQ-31K təyyarəsi Belarusun Maçulişe aerodromundan havaya qalxıb. Bu barədə həm də Belarusun “Belarus Gayun” monitorinq qrupu məlumat paylaşıb. Belə ki, “Belaruskaya Qayun”un məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinə məxsus MiQ-31K Belarusun Maçulişe aerodromunda havaya qalxaraq uçuşlar edib. Dünən martın 15-də isə Ukraynada üç dəfə hava xəbərdarlığı elan edilib. “Təcavüzkar ordu martın 14-də ukraynalıları da hava hədələri ilə terror edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri genişmiqyaslı həyəcan siqnallarının Rusiya Federasiyasının taktiki aviasiyasının fəaliyyəti, ballistik raketlərdən istifadə təhlükəsi və MiQ-31K qırıcısının uçuşları ilə əlaqədar elan edildiyini izah edib”.

Müharibə isə davam edir. Sülh danışıqları isə dondurulub.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!