17 İyul 2025 / 12:18

Ukraynada Zelenski avtoritarizmdə ittiham olunurdu

Ukrayna prezidenti Vladimir Zelenski və ətrafı ölkənin avtoritarizmə doğru sürüşməsinə və onun siyasəti ilə razılaşmayanların təqibinə görə tənqid olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

“Zelenski və onun baş köməkçiləri siyasətçilər, fəallar və diplomatlar tərəfindən tənqidçiləri geri çəkmək, vətəndaş cəmiyyəti liderlərini susdurmaq və nəzarəti gücləndirmək üçün hərbi vəziyyətlə verilmiş fövqəladə səlahiyyətlərdən istifadə etdiklərinə dair ittihamlarla üzləşirlər”, – nəşr iddia edir.

Nəşrin yazdığına görə, hökumət “avtoritarizmə doğru sürüşməkdə” ittiham olunur. İttihamlara səbəb tanınmış simalara qarşı antikorrupsiya reydləri və “rəhbər vəzifələrdə sadiq şəxslərin xeyrinə addımlar” olub.

Bundan əvvəl İtaliyanın “L’Antidiplomatico” nəşri Ukrayna liderinin “diktaturaya dönüş”dən xəbər verən bir çox addımlar atdığını qeyd edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!