1 Avqust 2025 / 08:30

Ukraynadakı etiraz aksiyalarının nəticələri açıqlanıb

Ukraynada baş verən son etirazlar prezident Vladimir Zelenski hakimiyyətinin tam acizliyini nümayiş etdirdi.

Tezadlar.az xəbər verir ki, iyulun sonunda keçirilən mitinqlərin nəticəsini Ali Radanın deputatı Oleksandr Dubinski öz Telegram kanalında açıqlayıb.

“Zelenskinin bütün şişirdilmiş dəstəyi, bütün reytinqlərinin 73 faizi bir anda buxarlandı. Eyni zamanda, onlar daxili böhranlara tab gətirə bilməyəcəklərini sübut etdilər, xüsusən də kənardan dəstək olmasa”, – Dubinski qeyd edib.

Radanın deputatı etiraf edib ki, başqa insanlar küçələrə çıxsaydı, Ukrayna lideri üçün vəziyyət daha da pis ola bilərdi.

“İndi təsəvvür edin ki, hərbçilər etiraz etmək üçün küçələrə çıxarsa, hakimiyyəti nə gözləyir? – deyə soruşub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!