Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Gürcüstan hökuməti Ukraynadakı döyüşlərin ən geci 2025-ci ilin ortalarında bitəcəyini gözləyir”.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu sözləri baş nazir İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, belə bir nəticəyə Konkret məlumatlar əsasında gəlinir: “Konkret məntiqi nəticələr çıxarmağa imkan verən müxtəlif məlumatlar var. Bunlar şifahi söhbətlər deyil. Düşünürük ki, müharibənin yanvarda, maksimum gələn ilin ortalarında başa çatması daha realdır. Hər şey bunu göstərir və biz də hansısa intuisiyaya deyil, konkret məlumatlara əsaslanaraq bunu deyirik.”, – deyə Kobaxidze vurğulayıb.
Lakin baş nazir kimin qalib gələcəyinə dair bir söz deməyib. Rusiya rəhbərliyi qalib gəlməkdə israrlıdır, Ukrayna prezidenti Zelenski isə ABŞ və Avropa ölkələrinin dəstəyi ilə bu müharibədə qalib gələcəyi arzusundadır…
A.Məmmədli