Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Yanvar 2026 / 10:25

Ukraynadakı müharibə simvolik bir həddi keçdi: Zelenski bunu “dəlilik” adlandırdı

Rusiya-Ukrayna müharibəsi Almaniyanın SSRİ-yə qarşı müharibəsinin uzunluğuna bərabərdir və bu gün onu ötüb keçəcək

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi artıq 1418 gün davam edib – bu, Nasist Almaniyasının SSRİ-yə qarşı müharibəsi ilə eynidir.

Tezadlar.az xəbər verir ki, prezident Vladimir Zelenski dünən axşam çıxışında bu simvolik tarixə münasibət bildirib.

“Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin 1418-ci günüdür. Onlar insanların alçaldılmasını təkrarlamaq istəyirdilər – və etdilər – faşizmi təkrarladılar, 20-ci əsrdə baş verən ən pis hadisələrin demək olar ki, hamısını təkrarladılar. Hətta elektrik stansiyalarına və qazanxanalara qarşı “şahed”lər” və ballistik raketlərlə müharibəni “yeniləşdirdilər”, – deyə dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, müharibə 80 il əvvəlki ərazilərdə – Donbasda, Slobojanşçinada, Zaporojyedə aparılır. Lakin bu dəfə işğalçılara qarşı bütün Hitler əleyhinə koalisiya deyil, yalnız Ukrayna vuruşur.

“Bu, Putinin qurduğu sistem və şəxsən onun haqqında çox şey deyir. Rusiya itkiləri hazırda hər gün ən azı 1000 nəfər öldürülür – bu, dekabr ayından bəri belədir və Rusiya müharibənin bitməməsi üçün mahiyyət etibarilə pul ödəyir. Bu, dəlilikdir”, – deyə prezident bildirib.

O, vurğulayıb ki, “bu rus dəliliyi” yalnız Avropa ölkələri və ABŞ da daxil olmaqla, Ukraynanın bütün tərəfdaşlarının birgə səyləri ilə dayandırıla bilər.

“Müharibənin hər günü dünyanın özünü dəlilərdən qoruya bilməyəcəyini xatırladır. Biz özümüzü qorumalıyıq. Biz Rusiyanı dayandırmalıyıq”, – deyə o əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!