Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevin AB üzvlüyünə qarşı çıxan Slovakiya və Ukrayna oktyabrın 17-də hökumət səviyyəsində danışıqlar aparacaq.
Tezadlar.az “Aktuality”-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso bildirib.
Hökumət başçısı qeyd edib ki, müdafiə naziri Robert Kalinakın Ukraynaya səfərini Mixalovçedə keçiriləcək hökumətin iclasına hazırlıq çərçivəsində görür.
“Biz demişik ki, hökumət danışıqlar aparmazdan əvvəl bəzi nazirlər ikitərəfli görüşməlidir. Mən baş nazirin müavininin səfərini hökumətin oktyabrın 17-də Mixalovçedə keçiriləcək görüşə hazırlığının tərkib hissəsi kimi qiymətləndirirəm. Bundan başqa, xüsusi heç nə yoxdur”, – deyə siyasətçi izah edib.
Bundan əvvəl Slovakiya hökuməti Ukraynaya 14-cü hərbi yardım paketini açıqlamışdı. Hazırkı Slovakiyanın baş naziri hakimiyyətə qayıtdıqdan sonra ilk paketə mühəndislik və minalardan təmizləmə yardımı daxildir.
E.ŞİRİNOV