6 Noyabr 2023 / 12:12

UKRAYNANIN BİR GÜNDƏ 23 PİLOTSUZ TƏYYARƏSİ MƏHV EDİLİB

Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri 2 HIMARS raketini ələ keçirib və 23 pilotsuz uçan aparatı məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Hava hücumundan müdafiə qüvvələri HİMARS reaktiv yaylım atəş sistemindən 2 raketi ələ keçirib. Bundan başqa, Luqansk Xalq Respublikasının Svatovo, Kremennaya, Krivoşeyevka, Donetskin Kurdyumivka, Vasilyevka, Kamenka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatı məhv edilib”, – Rusiya hərbi idarəsi bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!