5 Fevral 2026 / 15:04

Ukraynanın “Flaminqo”su rusların “Oreşnik”ini “yedi”

Bir müddətdir gizli saxlanılsa da, indi məlum olur ki, Ukrayna ordusu yanvar ayında uzaqmənzilli “Flaminqo” raketləri ilə Rusiyanın “Oreşnik” raketlərini buraxdığı “Kapustin Yar” təlim poliqonuna zərbə endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, 2026-cı ilin yanvar ayında Ukrayna ordusu Həştərxan bölgəsindəki “Kapustin Yar” təlim poliqonunda orta mənzilli ballistik raketlərin start hazırlığının keçirildiyi anqar tipli bina kompleksinə uğurlu zərbə endirib, nəticədə poliqonun infrastrukturuna ziyan dəyib. Sitat: “Əldə edilən məlumata görə, poliqonun ərazisində bir neçə binaya müxtəlif dərəcədə ziyan dəyib, anqarlardan biri ciddi şəkildə zədələnib, ərazidən bir qrup şəxsi heyət təxliyə edilib”, – Baş Qərargahın məlumatında qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!