Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynanın Kiyev və Dnepropetrovsk vilayətlərində partlayış səsləri eşidilib.
Tezadlar.az xəbər verir ki, bu barədə TSN telekanalı öz Telegram səhifəsində məlumat yayıb.
Kiyev vilayətində hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyi bildirilir. Partlayışların yerləri ilə bağlı təfərrüatlar barədə məlumat verilmir və rəsmilər hadisə ilə bağlı hələlik şərh verməyiblər.
Bundan əvvəl Xarkov vilayətində partlayış baş verib. Hadisənin dəqiq harada baş verdiyi açıqlanmır.
Noyabrın 20-də səhər saatlarında Kiyevdə də hava hücumu zamanı partlayışlar baş verib. Yerli hakimiyyət orqanları onlar haqqında məlumatı təsdiqləyib və paytaxt sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
E.ŞİRİNOV