Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna nümayəndə heyəti ərazi nizamlanması üzrə Rusiya ilə danışıqlarda indiki cəbhə xəttindən başlanğıc nöqtəsi kimi istifadə etmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bu barədə Kiyevin hazırladığı sənədin surətinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Cəbhə xəttinin hazırkı yeri ərazi üzrə danışıqların başlanğıc nöqtəsi olacaq”, – məlumatda deyilir.
Qeyd edək ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə saat 13:00-da başlayacaq.
Daha əvvəl bildirilmişdi ki, nizamlanma üzrə danışıqlara başlamazdan əvvəl Kiyevin tələblərinə 30 gün ərzində qeyd-şərtsiz atəşkəs, hərbi əsirlərin mübadiləsi, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş daxildir.
E.ŞİRİNOV