Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 17:10

Ukraynaya hücum edən Rusiya dronlarının operatorları Belarus ərazisində gizlənibmiş və…

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Belarusda Aleksandr Lukaşenkonun ağ iti Belarus xalqından daha çox hüquqa malikdir. Zelenski bu fikirləri Litvada Yanvar üsyanının 163-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib. O vurğulayıb ki, azadlıq uğrunda mübarizə aparan xalqlara dəstəyin gecikdirilməsi həmişə ağır nəticələrə səbəb olur: “Gecikmələrin hər zaman öz nəticəsi olur. Belarus yenidən Rusiyanın bir quberniyası kimi mövcud olmağa məcburdur. Təəssüf ki, indi Lukaşenkonun ağ iti Belarus xalqından daha çox hüquqa malikdir. 2020-ci ildə bunu dəyişmək imkanı var idi və əminəm ki, bir gün yenidən belə bir şans olacaq. Lakin o zaman belaruslara göstərilən dəstək kifayət etmədi. İndi isə hamımız Belarusun Moskvadan asılılığı səbəbindən bunun nə qədər çətin, baha və təhlükəli olduğunu hiss edirik”, — deyə Zelenski bildirib. Ukrayna prezidenti qeyd edib ki, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının operatorları Ukraynaya qarşı Belarus ərazisindən fəaliyyət göstərirlər. Onun sözlərinə görə, Rusiya Belarusu Avropa və dünya üçün təhlükə yaradan “Oreşnik” silahları ilə şantaj platforması kimi istifadə edir. Zelenski əlavə edib ki, Belarus sənayesi Rusiyanın müharibəsinə xidmət edir, Belarusun ticarət əlaqələri isə Kremlə Avropada təhlükə yaratmaq üçün lazım olan komponentləri əldə etməyə kömək edir. Volodimir Zelenski vurğulayıb ki, Avropa azadlıqla yaşayan heç bir xalqı itirməməlidir: “Avropa vaxt itirməməlidir. Məhz buna görə biz hər gün güclü Avropa naminə çalışmalıyıq”, — deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, tarix dəfələrlə göstərib ki, demokratik hərəkatlar dəstəksiz qaldıqda gələcək münaqişələr qaçılmaz olur: “Tarix sonda biganə qalanları cəzalandırır. XX əsrin müharibələri bir çox hallarda XIX əsrdə güclülərin laqeydliyinin nəticəsi idi. Rusiyanın Ukraynaya qarşı müharibəsi və Moldovaya, Çeçenistana, Gürcüstana qarşı digər müharibələri xalqların həqiqətinə biganə qalınmasının nəticəsidir. Bu gün biz belə səhvlərin bir daha təkrarlanmaması üçün hər şeyi edirik”, — deyə Ukrayna prezidenti vurğulayıb. Zelenski bildirib ki, Avropa siyasətçiləri azad və müstəqil dövlətləri təmsil etdiklərini dərk etməli və Rusiyanın hərbi maşını dayanmadığı müddətdə arxayınlaşmamalıdırlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!