20 Sentyabr 2025 / 10:10

Ukraynaya kütləvi hücum həyata keçirilib

Ukrayna ərazisinə güclü birləşmiş zərbə endirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Hava hücumunda bir neçə “İsgəndər” raketi, onlarla “X-101” strateji qanadlı raket və 50-dən çox “Geran” tipli pilotsuz təyyarə iştirak edib. Kiyev, Borispol, Nikolayev və Pavlohradda sənaye və hərbi obyektlər vurulub. Dronlar Odessa, Çerkassı, Poltava, Sumi, Xarkov və Çerniqov vilayətlərinə də hücum ediblər.

Dnepropetrovskda zərbə Cənub Maşınqayırma Zavodunu və Polimermaş zavodunu vurub; həmin ərazilərdə yanğınlar qeydə alınıb. Mash Telegram kanalının məlumatına görə, Rusiya Silahlı Qüvvələri 2022-ci ildən bəri Dnepropetrovsk vilayətinə ən böyük hücumlardan birini həyata keçirib.

Sentyabrın 19-da Ukraynanın strateji hədəfləri də kütləvi zərbələrə məruz qalıb. Xüsusilə, Dnepropetrovsk vilayətində döyüş sursatı üçün partlayıcı maddələr istehsal edən Pavloqrad Kimya Zavodu və döyüş sursatı anbarları vurulub.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!