Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna əsgərləri Belqorod vilayətində hərəkətdə olan avtomobilə pilotsuz təyyarənin köməyi ilə hücum edib, bir nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“Belqorod vilayətində, Qırmızı Oktyabr – Çayka şossesinin hissəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat hərəkətdə olan avtomobilə hücum edib. Bir nəfər yaralanıb. Mina partlayışı nəticəsində xəsarət alan və çiyni çıxmış zərərçəkən Oktyabrsk rayon xəstəxanasına aparılıb. Təcili tibbi yardım briqadası tərəfindən lazımi tibbi yardım göstərildikdən sonra o, Belqorodun 2 saylı şəhər xəstəxanasına aparılacaq”, – o yazıb.
Rayon rəhbəri əlavə edib ki, avtomobilə ziyan dəyib, hücumun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
E.ŞİRİNOV