Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ukraynaya məxsus pilotsuz təyyarələri Rostov vilayətinə hücuma cəhd edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum Neklinovski və Matveyevo-Kurqan rayonlarında hava hücumundan müdafiə sistemləri ilə dəf edilib. İlkin məlumata görə, xəsarət alan olmayıb. Məlumat dəqiqləşdirilir.
Bundan əvvəl Rostov vilayətinin sakinləri Taqanroq və Lakedemonovka və Sambek kəndləri üzərində partlayışlar barədə məlumat vermişdilər. Onlar bildiriblər ki, səmada parlaq parıltılar görünür, üstəlik Ukraynaya məxsus pilotsuz təyyarələrin səsləri də eşidilir.
E.ŞİRİNOV