Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) kamikadze pilotsuz təyyarəsinin Xerson vilayətinin Novaya Mayaçka şəhərindəki bazarda mülki avtomobilə hücumu nəticəsində 1 nəfər ölüb, 5 mülki şəxs yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə regionun qubernatoru Volodimir Saldo məlumat verib.
Hadisə səhər saatlarında baş verib.
“Novaya Mayaçkada bazarda kamikadze pilotsuz uçan aparat mülki mikroavtobusa hücum edib. Bir nəfər yerindəcə ölüb, beş nəfər yaralanıb”, – o, Telegram kanalında yazıb.
Saldonun sözlərinə görə, daha iki nəfər xəstəxanaya yerləşdirilib. Qubernatorun sözlərinə görə, üç mülki şəxs təkbaşına kömək istəyib.
Saldo bildirib ki, ümumilikdə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində iki mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. “Oleşkidə neyrocərrahın yaşayış binasına mərmi düşüb. Həkim yerindəcə keçinib, daha iki nəfər: arvadı və oğlu yaralanıb. Zərərçəkənlər xəstəxanadadır. Daha bir pilotsuz uçuş aparatı Novaya Mayaçka ərazisində yanğını söndürən bir qrup meşəçini vurub. Bir meşə təsərrüfatı işçisi yaralanıb, xəstəxanaya aparılıb”, – o yazıb.
Xerson vilayətinin qubernatoru dəqiqləşdirib ki, son 24 saat ərzində Ukrayna qoşunları Kaxovka, Novaya Kaxovka, Abrikosovka, Qriqoryevka, Vasilyevka, Kayrı, Kostoqrızove, Malaya Lepetixa, Dnepryanı və Stara Mayaçkanı atəşə tutub.
E.ŞİRİNOV