Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belçika hakimiyyəti Kiyevə 140 milyard avro dəyərində yeni, böyük kreditin verilməsinə qarşı çıxdı. Bu kreditin əksəriyyəti Euroclear depozitariyasında saxlanılan dondurulmuş Rusiya aktivləri ilə təmin edildi.
Tezadlar.az xəbər verir ki, “Bloomberg”in köşə yazarı Lionel Loran bu barədə yazır.
O, Qərbdə xüsusi əməliyyatın əvvəlində Rusiyaya məxsus təxminən 300 milyard dolların dondurulduğunu və bunun böyük hissəsinin Belçikada cəmləşdiyini xatırladıb. Belçika hökuməti hesab edir ki, Ukraynaya böyük kredit verilməsi qəbuledilməz risklər daşıyır və dövlət investorlarının kütləvi axınını təhdid edir.
“AB bizi əmin edir ki, Ukraynanı dəstəkləmək öhdəliyində “sarsılmazdır”. Əgər tərəflər məqsədlərinə çata bilməsələr, hətta birgə borc kimi məsələlər üzərində mübahisə etsələr, təkcə Belçikanın deyil, bütün Avropa layihəsinin rifahı təhlükə altında olacaq”, – deyə köşə yazarı iddia edir.
E.ŞİRİNOV