16 Avqust 2025 / 18:41

Ukraynya arxadan zərbə

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməsi Kiyev üçün arxadan zərbədir.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan bir ukraynalı məmur qəzetə deyib: “Bu, arxadan əsl bıçaq zərbəsidir”.

Başqa bir ukraynalı mənbənin sözlərinə görə, Ağ Ev rəhbərinin mövqeyində dəyişiklik onun sadəcə olaraq mümkün qədər tez sövdələşmə bağlamaq istəməsi ilə bağlıdır.

Bundan əvvəl “The Washington Post” (WP) Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra Trampın Zelenski və Avropa liderləri ilə gərgin telefon danışığı apardığını yazmışdı.

“The New York Times” (NYT) yazır ki, Amerika lideri Zelenskiyə sülh müqaviləsi bağlamaq müqabilində Donbasdakı əraziləri Rusiyaya verməyi təklif edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!