Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailə təhdid edilərsə, Uqanda İrana qarşı hərbi münaqişəyə qoşula bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin ordu komandanı general Muhoozi Kainerugaba H-nin sosial media səhifəsində bildirib.
O, Uqandanın Yaxın Şərqdəki müharibənin “indi” bitməsini istədiyini vurğulayıb.
“Dünya bundan bezib. Lakin İsraili məhv etmək və ya məğlub etmək barədə hər hansı bir söhbət bizi İsrail tərəfində müharibəyə sürükləyəcək”, – Kainerugaba bildirib.
25 martda İranın ABŞ quru əməliyyatına başlasa, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə əraziləri ələ keçirməklə hədələdiyi bildirilib. İranın Müdafiə Şurası həmçinin sahilə və ya adalara hər hansı bir müdaxilə halında Fars körfəzini minalamaq planlarını açıqlayıb.
28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ daxil olmaqla Yaxın Şərqdəki ABŞ bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirir.
E.ŞİRİNOV