7 Avqust 2025 / 12:18

“Ural Hava Yolları”na məxsus təyyarə göydə təcili eniş edib

“Ural Hava Yolları”na məxsus Airbus A321 tipli sərnişin təyyarəsi Moskva–Soçi reysi üzrə uçuş zamanı Həştərxan şəhərindəki ehtiyat hava limanına təcili eniş edib. Tezadlar.az e1.ru-ya istinadla xəbər verir ki, Aviaşirkətin yaydığı rəsmi məlumata görə, uçuş zamanı bort sistemlərindən biri təhlükəsizliklə bağlı siqnal verib və bu, uçuşun davam etdirilməsinə imkan verməyib. Nəticədə ekipaj ehtiyat tədbiri olaraq kursu dəyişərək Həştərxana enmək qərarına gəlib. Təyyarə uğurla yerə enib, sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!