11 Sentyabr 2025 / 07:27

USAID Ukraynanın kibertəhlükəsizliyi üçün 2 milyon dollar ayırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyun ayında Ukraynanın mühüm infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi proqramına 2 milyon dollar ayırıb.

Tezadlar.az xəbər verir ki, bu ABŞ hökumətinin müqavilə sənədlərində yer alıb.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının xaricə yardımı azaltmaq üzrə ümumi kursuna baxmayaraq, müvafiq tədbirlər görülüb.

Məlumata görə, proqramın ümumi dəyəri 125 milyon dollardır. 2020-ci ilin may ayında başlayıb və 2026-cı ilin martında başa çatması planlaşdırılır.

2022-ci ilin fevralına qədər layihəyə təxminən 18 milyon dollar, münaqişənin gərginləşməsindən sonra isə 100 milyon dollardan çox Ukrayna gəlir əldə edib.

Eyni zamanda, avqustun sonunda ABŞ-ın dövlət katibi Marko Rubio USAID-in rəsmən bağlandığını elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!