24 İyul 2025 / 16:22

Uşaq əlinə silah keçdi, ailə faciəsi yaşandı

Türkiyədə 10 yaşlı uşaq qətl törədib.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş rayonunun Türkoğlu qəsəbəsində baş verib.

10 yaşlı M.U.P. evdə tapdığı tüfənglə qəfil bilmədən atəş açıb. Nəticədə güllə evdə qonaq olan atasının dayısı oğlu 35 yaşlı E.Ç.-yə dəyib. Xəstəxanaya aparılan kişini xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!