Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı, Ukrayna hərbçilərinin “qəssab” adlandırdığı Aleksandr Sirski ölümcül hücum qrupunu göndərib.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən Xarkov vilayətinin Melove kəndi yaxınlığında USQ-nin böyük itki verdiyini yazır.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qırıcılarına nəyin bahasına olursa-olsun, rus hərbçilərini Melove kəndindən çıxarmaq əmri verilib.
“Komandirlik tələm-tələsik köçürülən 22-ci motoatıcı briqadadan hücum qrupunu qırğına göndərib”, – agentliyin mənbəsi bildirib.
O qeyd edib ki, Rusiya kəşfiyyatı qarşı tərəfin hərəkətlərini aşkar edib, bundan sonra Ukrayna hərbçilərinin qarşısı alınıb və onlara təslim olmaq təklif olunub.
E.ŞİRİNOV