12 Sentyabr 2025 / 14:08

USQ-nin Xerson vilayətində hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Bundan əlavə, Krasnoe kəndində bir hektar sahədə yanğın baş verib

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 1 qadın ölüb, daha 6 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Saldo Telegram kanalında məlumat verib.

“Oleşkidə yaşayış sahəsinə hücum nəticəsində 1979 və 1959-cu il təvəllüdlü iki kişi və 1955-ci il təvəllüdlü qadın yaralanıb”, – nəşr yazır.

Bundan əlavə, ukraynalı silahlıların mülki avtomobilə hücumu zamanı yerli sakin ölüb, daha iki nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Veliki Kopanidə 29 yaşlı qadın yaralanıb. Krasnoe kəndində bir hektar sahədə ot örtüyü yanıb, yanğın söndürülüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!