30 Avqust 2023 / 07:10

USQ ÜÇ İSTİQAMƏTDƏKİ ÇƏTİN VƏZİYYƏTDƏN ŞİKAYƏTLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Quru Qoşunlarının komandanı Aleksandr Sırski döyüş bölgəsindəki ağır vəziyyətdən şikayətlənib.

Onun sözlərini Hərbi Media Mərkəzi Telegram kanalı yayıb.

“Şərq cəbhəsində vəziyyət ağır olaraq qalır”, – general deyib. O, aydınlaşdırıb ki, üç sahədə işə xüsusi diqqət yetirilir: Kupyansk, Krasnolimansk və Artemovsk.

Bundan əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Kupyansk istiqamətində fəal müdafiə mövqeləri hazırlayır. Rusiyalı hərbçi bildirib ki, qarşı tərəf Rusiya qüvvələrinin say üstünlüyünə görə cəbhənin bu sektorunda əks hücuma keçmir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!