1 Fevral 2023 / 12:44

UTX “UKRNAFTA” VƏ “UKRTATNAFTA”DA BİR MİLYARD DOLLARIN OĞURLANMASINI İFŞA ETDİ

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Ukrnafta” və “Ukrtatnafta”da bir milyard dolların oğurlanması sxemlərini ifşa etdiyini açıqlayıb.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu, ukraynalı oliqarx İqor Kolomoyskinin axtarışları barədə məlumatlardan sonra məlum olub.

Qeyd edək ki, artıq “Ukrtatnafta” şirkətinin top-menecerinə onun cinayət əməlləri törətməkdə şübhəli bilindiyi barədə məlumat verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!