Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Moderator” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə Kəlbəcərdə – çox sevdiyi vətənində həyatla vidalaşıb.
TEZADLAR.AZ xəbər verir ki, gecəni Kəlbəcərin Başlıbel kəndində keçirən Zülfüqar Hüseynzadənin səhərüzü səhhəti qəfil pisləşib.
Jurnalistin ürəktutmadan vəfat etdiyi bildirilir.
Zülfüqar bəyin cəmi 52 yaşı vardı və hələ çox uğurlara imza atacaqdı…
O, son fotosunu da Vətənində lentə alıb və ötən gün whatsapp statusunda paylaşıbmış…
Allah rəhmət eləsin!
P.S. Xatırladaq ki, Moderator.az xəbər portalı 2012-cu ilin noyabrın 1-də fəaliyyətə başlayıb.


Y.MƏMMƏDLİ