11 Avqust 2025 / 15:45

Vahan Kostanyanın İrana səfəri gözlənilir  – Paşinyanla Pezeşkian səfər öncəsi telefonla danışıblar

 İranla ikitərəfli münasibətlərə nəzarət edən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan avqustun 12-də Tehrana yola düşəcək.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Müvafiq məlumatı Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan da təsdiqləyib. Lakin o, qarşıdakı səfərin təfərrüatlarını açıqlamayıb.

Məlumata görə, bu gün səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Söhbət zamanı regionun nəqliyyat imkanları müzakirə olunub.

Onu da qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavininin səfəri barədə İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 10-da mətbuata məlumat verib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!