…Vaxt var idi, sadə insanlar təqaüdə çıxmağı səbrsizliklə gözləyərdi ki, aldığı pensiya ilə hər il sanatoriyalarda kef edəcək… İndi isə tərsinədəir, adamlar pensiyaya çıxma gününü çox məyyus qarşılayır… Niyə?
Tanınmış vəkil Aslan İsmayılov bu suala belə cavab verir: “…Hər yerdə xalqın təhsili, mədəniyyəti, intellekti ona qoyulan sərmayə ilə ölçülür. Bəyənmədiyimiz SSRİ dövrü məhkəmə sədri kimi aldığım maaş ortalama 280 rubl idi. Eyni vaxtda mənim elmi rəhbərim, professor Aleksandr Alekseyeviç Xmırov isə təxminən 800 rubl maaş alırdı. Təqaüdlər də maaşlara münasib idi. Bu gün isə məhkəmə sədrinin təqaüdü ortalama 5-6 min manat, 30-40 il müəllim işləmiş şəxslərin təqaüdləri isə ortalama 300-400 manatdır. Yəni, bu gün tam tərsinədir, belə çıxır ki, pensiya qanununu yazanlar üçün təhsil, mədəniyyət, intellekt yox, zorakılıq aparatı daha vacibdir. Bu münasibətə uyğun da təhsilimiz, mədəniyyətimiz və intellektimiz var. Ən dəhşətlisi də odur ki, qanunun aliliyi, xüsusən ədalət prinsipi o vaxtlar bu günkündən də üstün idi. Bu anormallıq isə SSRİ tərkibində olmağın müstəqil olmaqdan üstün olması ilə yox, yerli idarəetmənin bərbad vəziyyəti ilə bağlıdr…”.
SƏBUHİ