Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ İMQ və HƏMAS arasında davamlı “toqquşmalara” icazə verir. Lakin buna baxmayaraq, o, hələ də Qəzza zolağında atəşkəsin qüvvədə qalacağına inanır.
Tezadlar.az xəbər verir ki, “Fox News” bu barədə vitse-prezident J.D. Vensə istinadən məlumat yayıb.
“Bu o demək deyil ki, orada-burada bir neçə kiçik toqquşma olmayacaq. Mən inanıram ki, prezidentin (Trampın – RED.) sülhü hər halda qüvvədə qalacaq”, – Vens deyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəsin qüvvədə qaldığını bildirmişdi. O, bunu özünün Birinci Hava Qüvvələri təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
Xatırladaq ki, 28 oktyabr axşamı İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına güclü zərbələr endirilməsini əmr edib. Bu qərar təhlükəsizlik məsələləri ilə bağlı hərbçilərlə məsləhətləşmələrdən sonra qəbul edilib.
Bir neçə saat əvvəl İsrailin Qəzza zolağının mərkəzinə ən azı üç hava hücumu təşkil etdiyi bildirilib. Raketlərdən biri Əl-Şifa xəstəxanasının əsas binalarından birinin yaxınlığına düşüb. Zərbələr həmçinin Əl-Şati qaçqın düşərgəsinin yaxınlığındakı əraziyə və anklavın mərkəzi hissəsindəki Deyr əl-Bəlanın şərqinə də dəyib.
E.ŞİRİNOV