25 Sentyabr 2025 / 06:44

Vens Trampın Rusiyadan qıcıqlandığını bildirib

ABŞ-ın vitse-prezidenti J.D.Vens prezident Donald Trampın Rusiyadan “qıcıqlandığını” bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfinin Ukraynadakı münaqişəyə son qoymaq üçün kifayət qədər səy göstərməməsi Trampı qıcıqlandırıb. Vens əlavə edib ki, Vaşinqton həm Rusiya, həm də Ukrayna ilə “inanılmaz dərəcədə yaxşı niyyətlə” danışıqlar aparırdı.

“Biz həm ruslarla, həm də ukraynalılarla inanılmaz dərəcədə yaxşı niyyətlə danışıqlar apardıq. Məncə, prezident indi Rusiyaya qarşı böyük səbirsizlik nümayiş etdirir, çünki o, onların müharibəni bitirmək üçün kifayət qədər səy göstərdiklərini hiss etmir”, – o deyib.

Daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ NATO-ya silah tədarükünü davam etdirəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!