Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 12:00

Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı 25,3 faiz azalıb

2025-ci ilin aprel ayında ümumilikdə vergi orqanlarına 37.341 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azalıb. Daxil olmuş müraciətlərdən 95,5 faizi ərizə, 4,4 faizi şikayət, 0,1 faizi təklif olub, 38 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 80,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 19,2 faizi isə hazırda icradadır.

Tezadlar.az xəbər verir ki, baxılması başa çatdırılmış müraciətlərdən 65,6 faizi həll olunub, 33,1 faizi barədə müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 224 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu (borcun silinməsi, sərəncamın götürülməsi, borcun ödənilməsinə möhlət verilməsi) şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.

2025-ci ilin aprel ayında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 86 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!