Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2025 / 08:27

Veysəloğlu Şirkətlər Qrupunun yazı müsabiqəsinin nəticəsi bu gün elan edilə bilər

Xəbər verdiyimiz kimi, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma yazı müsabiqəsini başa çatdırıb. Tezadlar.az məlumat vermişdi ki, indiyədək müsabiqəyə ştatlı və xidməti müqavilə ilə çalışan jurnalistlər tərəfindən 55 yazı təqdim edilib. Əldə etdiyimiz məlumatlara görə, həmin yazıların ekspertlər tərəfindən emalı və qiymətləndirilməsi artıq başa çatıb, müsabiqənin nəticəsi bu gün elan edilə bilər.
İnanırıq ki, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi kimi nüfuzlu qurumlar tərəfindən keçirilən yazı müsabiqəsinin ekspertlər qrupu obyektiv qiymətləndirmə aparıb və ən layiqli müəlliflərin yaradıcılığı dəyərləndiriləcək.

Ehtimal var ki, nəticələr bu gün elan ediləcək. Çünki hər üç qurumun müsabiqə elanında da bu barədə işarələr var. Sitat: “Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq…”.

Elçin Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!