Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Noyabr 2024 / 05:33

VORONEJ VİLAYƏTİNDƏ PUA HÜCUMU TƏHLÜKƏSİ ELAN EDİLİB

Voronej vilayətində pilotsuz uçuş aparatlarından (PUA) hücum təhlükəsi elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Aleksandr Qusev Telegram kanalında məlumat verib.

“Diqqət! Hörmətli Voronej vilayətinin sakinləri, bölgədə PUA-nın hücumu təhlükəsi elan edilib. Xahiş edirəm sakit olun. Hava hücumundan müdafiə qüvvələri hazırdır. Regional hökumətin və ya Rusiya Fövqəladə Hallar Nazirliyinin növbəti xəbərdarlıqlarına əməl edin”, – o yazıb.

Qusev daha sonra PUA hücumu təhlükəsinin aradan qaldırıldığını açıqlayıb.

“Bölgədə PUA hücumu təhlükəsinə son!” – o, Moskva vaxtı ilə saat 07:09-da Telegram kanalında yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!