Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hava Hücumundan Müdafiə Qüvvələri Voronej vilayəti üzərində Ukraynanın 10-dan çox pilotsuz təyyarəsini vurub, itki yoxdur.
Tezadlar.az bildirir ki, bu barədə Telegram kanalında regionun rəhbəri Aleksandr Qusev məlumat verib.
“Ümumilikdə, ötən gecə Voronej, Borisoqlebsk və vilayətin 4 rayonunda növbətçilik edən hava hücumundan müdafiə qüvvələri 10-dan çox pilotsuz uçuş aparatını aşkar edərək məhv edib. Tələfat yoxdur. Rayonların birində dağıntılar fərdi yaşayış evinin pəncərə şüşələrinə və damına, digərinin yaxınlığındakı istixana və qaraja ziyan vurub. Borisoqla qəsəbəsində yaşayış binasına ziyan dəyib”, – o yazıb.
E.ŞİRİNOV