Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyəni Osmanlı İmperiyasını dirçəltmək istəməkdə ittiham edərək, sərt açıqlamalar verib.
Tezadlar.az bildirir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində açıqlama verib.
O, bu açıqlamanı Ankaranın özünü elan etmiş Kosovo Respublikasına min ədəd “Skydagger” kamikadze pilotsuz uçan aparatını təhvil verməsi fonunda verib. Serbiya liderinin sözlərinə görə, bu, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsini pozur.
“İndi tamamilə aydındır ki, Türkiyə Qərbi Balkanlarda sabitlik istəmir və bir daha Osmanlı İmperiyasının dirçəlişini arzulayır. Serbiya kiçik bir ölkədir, lakin biz mesajı mükəmməl başa düşdük”, – Vuçiç yazıb.
Bundan əvvəl Serbiya prezidenti Kosovoya qarşı müharibə ilə hədələyib. O, Kosovo prezidenti Vjosa Osmaninin Avropa üçün ən böyük təhlükənin Rusiya və Serbiyanın olması ilə bağlı sözlərinə belə cavab verib.
E.ŞİRİNOV